...Venesuelanın...artıq keçmiş prezidenti Nikolas Maduro narkotik ittihamları ilə Nyu-York Şəhər Həbs Mərkəzində “oturub” məhkəməsini gözləyir.
SİA xəbər verir ki, İspaniyanın ABC qəzetinin məlumatına görə, Maduro üç metr uzunluğunda və iki metr enində tək kamerada saxlanılır.
Gecələr o, tez-tez qışqırır, (...vaxtı iləVladimir İliç Leninin qışqırdığı kimi..?- A.B.) mühafizəçilərə hələ də Venesuela prezidenti olduğunu, qaçırıldığını və azadlığını tələb etdiyini xatırladır.
...Dar pəncərəsi olan kamerada divara bərkidilmiş metal çarpayı, tualet və lavabo var.
Maduroya çölə çıxmağa icazə verilir, lakin həftədə yalnız üç dəfə kiçik hasarlanmış həyətdə...
Bu gəzintilər zamanı o, qandallanır və iki mühafizəçi ilə müşayiət olunur.
...ABC-nin məlumatına görə, Maduro tək kameraya bir neçə səbəbdən salınıb: intizam təcridi, intiharın qarşısının alınması və yüksək profilli və ya risk altında olan məhbusların qorunması...
Onun gecə ağlamalarının rəsmi qeydləri yoxdur, lakin Maduronun 3 yanvardan bəri saxlanıldığı Bruklindəki Metropoliten Saxlama Mərkəzinin mühafizəçiləri bu barədə daim məlumat verirlər.
...Mən Venesuela prezidentiyəm! Ölkəmə deyin ki, məni qaçırıblar!.
Maduro qışqırır bunları...
ABC xəbər verir ki, Venesuela rejiminin keçmiş rəhbəri bu sözləri müntəzəm olaraq təkrarlayır.
Qeyd edək ki, Maduro ABŞ-a narkoterrorizm və kokain qaçaqmalçılığı ilə bağlı ciddi ittihamlarla üzləşir. Məhbusun inandırıcı müraciətlərinə baxmayaraq, Amerika ədliyyə sistemi hərəkətə keçməkdə yavaşdır.
ABC jurnalistlərinin məlumatına görə, məhkəməyə hazırlıq bir neçə aydan bir neçə ilə qədər davam edə bilər və bu müddət ərzində Maduro Nyu-Yorkda tək kamerada qala bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB