Kruiz gəmisinin sərnişini dənizə yıxılaraq itkin düşüb...

Yeni il günündə Kuba sahillərində Holland America Line kruiz gəmisi Nieuw Statendamda fövqəladə hadisə baş verib. SİA-nın məlumatına görə, yaşlı sərnişin dənizə yıxılıb və hələ də tapəlmayıb.

77 yaşlı qadının itkin düşdüyünü aşkar etdikdən sonra kapitan və heyət dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

ABŞ Sahil Mühafizəsi axtarışa qoşulub və ərazini havadan və sudan izləmək üçün əraziyə qayıq və vertolyot göndərib.

Aktiv axtarış 15 saat davam etsə də, uğursuz olub. Alaqaranlıqda xilasetmə əməliyyatı müvəqqəti olaraq dayandırılıb və qadının taleyi məlum deyil.

Kruiz xətti rəsmiləri xilasetmə işləri zamanı ABŞ hakimiyyəti ilə sıx əməkdaşlığı təsdiqləyiblər.

The New York Post qəzetinin məlumatına görə, sərnişinin Yeni il günündə suya düşməsinin səbəbləri araşdırılır.

Nieuw Statendam hazırda hakimiyyət orqanları hadisəni araşdırarkən planlaşdırılan marşrutunu davam etdirir. Mütəxəssislər qeyd edirlər ki, uzun müddətdən sonra dənizdə xilasetmə şansları olduqca aşağı olaraq qalır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə