"Rusiya sabah Alyansa zərbə endirə bilər..."

NATO-nun yüksək rütbəli generalı: Bu, üç amildən asılıdır...

Rusiya istəsə, NATO-ya “sabahdan tez” məhdud hücum edə bilər və Moskva aktiv şəkildə yenidən silahlandığı üçün 2029-cu ilə qədər daha böyük bir hücum edə bilər.

SİA xəbər verir ki, bunu NATO-nun Müttəfiq Əməliyyatlar Komandanlığının rəhbəri, alman general-leytenant Aleksandr Solfrank Reuters agentliyinə verdiyi müsahibədə bildirib.

...Əgər Rusiyanın hazırkı imkanlarına və döyüş gücünə baxsaq, sabahdan tez NATO ərazisinə məhdud hücum edə bilər. Bu, kiçik, sürətli və regionla məhdudlaşacaq, böyük miqyaslı bir şey olmayacaq - Rusiya Ukraynada bunun üçün çox məşğuldur, - deyə o, jurnalistlərə bildirib.

Solfrankın sözlərinə görə, Rusiyanın NATO-ya hücum edib-etməyəcəyi üç amildən asılıdır: Moskvanın hərbi gücü, hərbi nailiyyətləri və liderliyi.

...Bu üç amil məni Rusiyanın hücumunun tamamilə mümkün olduğu qənaətinə gətirir. Bunun baş verib-verməməsi əsasən öz davranışımızdan asılıdır, - deyə general-leytenant vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə