...Və bu arada Rusiyanın Bryanskdan olan deputatı Mixail İvanov ölkəsindəki müasir cəmiyyəti kəskin tənqid edib. Onun sözlərinə görə, insanlar birgə yaşayışı “vətəndaş nikahı” (bu gün ruslar arasında geniş yayılan rusların “qrajdanskiy barakı”nı deyir –A.B.) adlandıraraq anlayışları əvəz edirlər.
O vurğulayıb ki, bu cür terminologiya qeydiyyatsız münasibətlərin həqiqi nikahla bərabər olması ilə bağlı təhlükəli illüziya yaradır.
...Evlilik təkcə birlikdə yaşamaq deyil, həm də qadın və kişinin qanuni şəkildə rəsmiləşdirilmiş, sosial əhəmiyyətli birliyidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İvanov NEWS.ru-ya müsahibəsində deyib.
Onun fikrincə, “vətəndaş nikahı” ifadəsinin birgə yaşayışa münasibətdə qeyri-ciddi işlədilməsi gənclərin ailə anlayışını təhrif edir və rəsmi nikahın dəyərini aşağılayır.
Deputat vurğulayıb ki, anlayışların bu cür əvəzlənməsi ənənəvi ailə dəyərlərinin aşınmasına gətirib çıxarır.
...Xəbərlərdə, yazılarda birgə yaşayış vətəndaş nikahı adlandırılanda bu, gənclərdə ailə haqqında təhrif olunmuş anlayış yaradır.
Bunu da İvanov deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə