Yararlılıq müddəti bitmiş spirtli içkilər endirimlə satılacaq...

Layihənin məqsədi tullantıları azaltmaq və ekoloji izi azaltmaqdır...

...Finlandiyanın “Alko” dövlət şirkəti istifadə müddəti bitən spirtli içkilərin endirimlə satışı üzrə pilot layihəyə başlayıb. SİA xəbər verir ki, bu barədə Yle News məlumat yayıb.

Layihəyə ölkənin cənubundakı Tampere şəhərindəki üç mağazada start verilib. Pilot proqram çərçivəsində tərkibində 8 faizə qədər spirt olan məhsullara 20 faiz endirim tətbiq edilir ki, bu da yalnız mağazalarda deyil, onlayn alışlarda keçərlidir.

Əvvəllər “Alko” yalnız Milad pivəsi və glögg kimi mövsümi məhsullara endirim edirdi. İndi proqram digər məhsul kateqoriyalarına da şamil ediləcək.

“Alko”-nun Məhsul İnkişafı Direktoru Ari Hyvönen izah etdiyi kimi, layihənin məqsədi tullantıları azaltmaq və ekoloji izi azaltmaqdır.

Şirkətin məlumatına görə, pivənin ətraf mühitə təsirinin əhəmiyyətli bir hissəsi istehsal prosesi zamanı suyun istifadəsindən qaynaqlanır.

“Alko” hesab edir ki, endirimlərin tətbiqi ilə silinmələrin həcmini iki dəfə azaltmaq olar ki, bu da altı milyon litrlik illik su izinə - iki olimpiya hovuzunun həcminə bərabərdir.

Pilot layihənin gələn ay Tamperedəki digər mağazalara da genişləndirilməsi planlaşdırılır.

Modelin bütün 369 mağaza şəbəkəsinə yayılıb-yayılmaması ilə bağlı qərar may ayında veriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə