Putin və Uitkoffun danışıqlarının mövzusu məlum olub

...Rusiya prezidenti Vladimir Putin və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə ediblər.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.

...Müzakirə, xüsusilə, Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyü məsələsinə yönəldilib, - deyə Uşakov bildirib. Rusiya liderinin köməkçisi həmçinin aydınlaşdırıb ki, söhbət üç saat davam edib, konstruktiv və faydalı olub.

Aprelin 25-də Putin Kremldə xüsusi elçi Uitkovu qəbul edib. Görüşdə Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin də iştirak etdiyi qeyd edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə