Çin ABŞ-ın müttəfiqini öz tərəfinə çəkmək qərarına gəlib...

Pekin Asiya-Sakit okean regionunda ABŞ-ın əsas müttəfiqlərindən biri olan Yaponiyanı öz tərəfinə çəkmək qərarına gəlib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Reuters” Kyodo agentliyinə istinadən məlumat yayıb.

Sözügedən məktubu Yaponiyanın Baş naziri Şiqeru İşiba Çin Dövlət Şurasının Baş naziri Li Qiandan alıb.

Bu mesajda Çin hökumətinin başçısı həmkarını ABŞ prezidenti Donald Trampın tarif tədbirlərinə razılaşdırılmış cavab verməyə çağırıb.

Li Qiang hesab edir ki, iki ölkə ABŞ-ın proteksionizminə qarşı birgə mübarizə aparmalıdır.

Qeyd olunur ki, Çin daha əvvəl digər ölkələrə Çinin maraqları bahasına ABŞ-la daha böyük iqtisadi sövdələşməyə girməmək barədə xəbərdarlıq edib.

Öz növbəsində Yaponiya ABŞ-ın tarif təzyiqinə məruz qalan və Vaşinqtonla çətin danışıqlara girən ölkələrdən biri oldu.

Xəbərlər var ki, ABŞ-ın maliyyə nazirliyi Yaponiyanı yen məzənnəsini qaldırmağa ümid edir. Bununla belə, analitiklər Tokionun belə şərtləri yerinə yetirə bilməyəcəyinə inanırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə