ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə iki ölkə arasındakı müharibəni sona çatdırmaq üçün razılığa gələcəyinə ümid etdiyini bildirib. SİA xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. "Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Beləliklə, onların hər ikisi inkişaf etməkdə olan ABŞ-la böyük iş görməyə başlayacaq və sərvət qazanacaq", - ABŞ lideri qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə