ABŞ-ın Ukrayna danışıqlarından çıxması “Putin üçün hədiyyədir”

…ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun ABŞ-ın Ukrayna danışıqlarında iştirakının mümkün sona çatması ilə bağlı bəyanatları Rusiya prezidenti Vladimir Putinin əlində oynaya bilər.

SİA-nın məlumatına görə, bunu “New York Times” yazır.

Nəşrdə qeyd edildiyi kimi, Rubionun ABŞ-ın diqqətini digər prioritetlərə yönəltməli olduğu, Ukraynanın isə onun əsas vəzifəsi olmadığı barədə sözləri əslində sülh yolu ilə nizamlanma üçün gələcək səylərdən imtina demək ola bilər.

Məqalə müəlliflərinin fikrincə, bu xəbərdarlıq Putin üçün “hədiyyə”dir, çünki şərhə yer buraxır və Amerika administrasiyasının növbəti addımlarını proqnozlaşdırmağı çətinləşdirir.

Xüsusilə Rubio ABŞ-ın Ukraynaya əhəmiyyətli yardım etdiyini, lakin indi diqqətini digər mühüm məsələlərə yönəltməli olduğunu vurğulayıb.

O, həmçinin bəyan edib ki, Kiyev və Moskva sülh üçün əsl istək nümayiş etdirsələr, Vaşinqton kömək etməyə hazırdır, əks halda diqqətini başqa məsələlərə yönəldəcək.

…Və Tramp da öz növbəsində bəyan edib ki, tərəflərdən biri danışıqların uğurla başa çatmasına mane olarsa, ABŞ danışıqlardan geri çəkilə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə