Moskva vilayətində şəhərətrafı qatarın damında ölü qız tapılıb

Moskva vilayətində şəhərətrafı qatarın damında ölü qız tapılıb

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti yazır ki, müstəntiqlər Moskva Dəmiryolunun Qorki istiqamətinin Elektrouqli - 33 km stansiyasında elektrik qatarının damında yetkinlik yaşına çatmayan qızın cəsədini tapıblar.

Şöbədən izah ediblər ki, müayinə zamanı mərhumun 2010-cu il təvəllüdlü bədənində elektrik cərəyanı travmasının izləri aşkar edilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (dəmir yolu nəqliyyatının hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarını pozma, insan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir, idarədən aydınlıq gətirilib.

SİA-nın məlumatına görə, bundan əlavə, azyaşlının ölümünə səbəb ola biləcək hərəkətlərdə iştirak edən şəxslərin davranışlarına qiymət veriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə