Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalanıb
Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xucənd şəhərində keçirilən birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar. SİA “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.
Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə