"X"də yenə nasazlıq yarandı

Bəzi ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsi ilə bağlı problemlərdən şikayətlənirlər. SİA xəbər verir ki, "Downdetector" xidmətinin hesabatına görə, problem barədə məlumat verən istifadəçilərin 58%-i proqramdakı nasazlıqları qeyd edib, 35%-i saytın işindən şikayət edib, 7%-i isə serverlərə qoşulmaqda çətinlik çəkib. ABŞ-da təxminən 50 min istifadəçi xidmətin kəsilməsi barədə məlumat verib. Həmçinin, dünyanın 15-dən çox ölkəsində də nasazıqlar qeydə alınıb.

Qeyd edək ki, son günlər "X"in işində tez-tez nasazlıqlar yaranır.

Bütün xəbərlər Facebook səhifəmizdə