Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarənin mühərrikində problem yaranıb.
SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır.
Bazar ertəsi, martın 24-də Mineralnıye Vodıdan Yerevana uçan sərnişin təyyarəsinin göyərtəsində gözlənilməz vəziyyət yaranıb.
Uçuşa az qalmış ekipaj sol mühərriki işə sala bilmədiklərini bildirib. Nəticədə təyyarə dayanacağa qayıtmalı olub.
Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinə məxsus təyyarə nəfəs ala bilməyən sərnişinə görə istiqamətini qəfil dəyişməli olmuşdu.
Martın 24-də İrkutskdan Moskvaya uçan Boeing 737-800 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Uçuş zamanı ekipaj nəbzi və nəfəs almadan yıxılan bir adam barədə məlumat verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə