Ağ evin mətbuat katibi Karolin Levitt Vaşinqtonun Fələstinin HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib. Bu barədə SİA xarici mediaya istinadla xəbər verir.
“Trampın xüsusi nümayəndəsi istənilən şəxslə danışmaq hüququna malikdir. Bu, İsraillə razılaşdırılıb. Danışıqlar və müzakirələr davam edir. Mən bu təmasların təfərrüatlarını açıqlamayacağam", - deyə Levitt brifinqdə vurğulayıb.
Daha əvvəl “Axios” mənbələrinə istinadla bildirmişdi ki, Tramp administrasiyası HƏMAS ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanmasının mümkünlüyü ilə bağlı birbaşa danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə