Lavrov Rusiya ilə ABŞ arasında aparılan danışıqları dəyərləndirib

Rusiya nümayəndə heyəti ilə ABŞ nümayəndələrinin Səudiyyə Ərəbistanında söhbəti çox faydalı oldu, belə ki, tərəflər bir-birini dinlədi və eşitdi.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

…Dialoqumuz, fikrimcə, çox faydalı oldu. Biz bir-birimizi nəinki dinlədik, hətta eşitdik. Və Amerika tərəfinin bizim mövqeyimizi daha yaxşı anlamağa başladığına inanmaq üçün hər cür əsasım var. Danışıqlar zamanı nümayəndə heyətləri münasibətlərin yaxşılaşdırılmasını müzakirə ediblər və bu, kifayət qədər uğurlu olub.

Bunu rusiyalı diplomat bildirib.

Eyni zamanda, Lavrov qeyd edib ki, Moskva və Vaşinqton arasında bir sıra məsələlərdə qarşılıqlı anlaşmaya nail olmaq “iki ölkənin mövqelərinin yaxınlaşması demək deyil”. Bundan əvvəl Lavrov və ABŞ dövlət katibi Marko Rubio ABŞ-Rusiya münasibətlərindəki “qıcıqlandırıcıların” aradan qaldırılması üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə