...Çexiya öz pivə mədəniyyətini milli qeyri-maddi irsinin bir hissəsi kimi rəsmən tanıyıb. Ölkə indi ənənənin YUNESKO-nun siyahısına salınması üçün müraciət etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, ölkədə 550-dən çox pivə zavodu fəaliyyət göstərir və bu sənayedə 65 minə yaxın işçi çalışır. Amma maraqlıdır ki, yerli sakinlər getdikcə spirtli içkilərdən imtina edirlər.
Çex Pivə İstehlakçıları Assosiasiyasının məlumatına görə, hazırda adambaşına orta istehlak ildə 128 litr pivə təşkil edir ki, bu da 1963-cü ildən bəri ən aşağı göstəricidir (pivə istehlakının azaldığı yeganə vaxt pandemiya zamanıdır). Müqayisə üçün deyək ki, 2009-cu ildə adambaşına 153 litr pivə düşürdü.
Qeyd edilməlidir ki, Çexiya pivə istehsalının ekoloji cəhətdən təmiz olmasına çalışır. Məsələn, “Velkopopovicky Kozel” və “Gambrinus “pivə markaları artıq plastik butulkalarda satılmır.
Çexiya Almaniya və Belçikadan sonra öz pivə mədəniyyətini qeyri-maddi mədəni irs kimi rəsmən tanıyan üçüncü Avropa ölkəsi olub.
Yeri gəlmişkən, Belçika pivə mədəniyyəti də 2016-cı ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə