Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə