Fiko Ukraynanın NATO-ya üzv olmasını istisna edir

...Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq. Slovakiyanın baş naziri Robert Fiko Kiyevin Şimali Atlantika Alyansına qoşulmasını istisna edib.

…Ukrayna heç vaxt NATO-da olmayacaq və bu yaxınlarda bəzi siyasətçilərin bəyanatlarına qulaq assanız, onun Avropa İttifaqına daxil olması ilə bağlı böyük problemləri olacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bunu deyən Fiko həmçinin Ukrayna üçün xüsusi hərbi əməliyyatın bitəcəyini proqnozlaşdırıb.

Onun sözlərinə görə, respublika ərazisinin üçdə birini itirəcək.

Bundan əvvəl Slovakiyanın baş naziri bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər.

Fiko Avropa ilə Rusiya arasında yeni “dəmir pərdə”dən qaçmağın vacibliyini vurğulayıb. O, həmçinin hökumətinin çoxvektorlu siyasətini davam etdirəcəyinə əmin edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə