Saxta spirtli içkidən ölənlərin sayı 19-a çatdı

İstanbulda son 72 saatda saxta spirt səbəbiylə xəstəxanaya müraciət edən 65 nəfərdən 19-u həyatını itirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir. Həyatını itirənlər arasında xarici ölkə vətəndaşlarının olduğu bildirilib. İstanbul valisi Davud Gül şəhərdə saxta spirtli içki satan 63 müəssisənin lisenziyasının ləğv edilərək bağlandığını açıqlayıb. Vali Gül sosial media hesabından paylaşım edərək deyib: "Saxta spirtli içki satan 63 müəssisənin lisenziyası ləğv edilib və bağlanıb. Saxta spirtli içki sataraq ölümə səbəb olan hər kəs müəyyən edilərək məsuliyyətə cəlb olunur. Diqqətli olun. Ölüm halları artır".

Bütün xəbərlər Facebook səhifəmizdə