Litva Baş Prokurorluğu ölkənin 82 yaşlı vətəndaşını Rusiyanın xeyrinə casusluqda ittiham edib.
SİA-nın məlumatına görə, “Delfi” portalı xəbər verir ki, söhbət 2011-ci ildə yerli seçkilərdə iştirak edən keçmiş mühafizəkar Eduardas Manovasdan gedir.
Aydın olur ki, Manovasa qarşı ittiham aktı ilə cinayət işi Vilnüs Rayon Məhkəməsinə verilməsi tələbi ilə Litva Apellyasiya Məhkəməsinə verilib.
Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxs uzun müddət maliyyə mükafatı müqabilində Rusiya hərbi kəşfiyyatı üçün məlumat toplayıb.
Yaşlı kişi 2024-cü ilin əvvəlində saxlanılıb və dekabrda Litvanın Baş Prokurorluğu ona qarşı cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.
Manovas hazırda həbsdədir.
May ayında 64 yaşlı Britaniya sakini Rusiya ilə əlaqədə ittiham olunaraq saxlanılıb. O, Böyük Britaniyanın milli təhlükəsizlik qanununun maddələrindən birinə zidd cinayət törətməkdə ittiham olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə