ABŞ Maliyyə Nazirliyi kiberhücuma məruz qalıb

Nazirliyin məsələ ilə bağlı Konqresə göndərdiyi məktubda “əhəmiyyətli hadisənin” baş verdiyinin təsbit edildiyi bildirilib

ABŞ Maliyyə Nazirliyi dekabrın əvvəlində Çin dövləti tərəfindən dəstəklənən kiberhücuma məruz qalıb.
Nazirliyin məsələ ilə bağlı Konqresə göndərdiyi məktubda “əhəmiyyətli hadisənin” baş verdiyinin təsbit edildiyi bildirilib.
SİA-nın məlumatına görə, məktubda qeyd edilir ki, dekabrın 8-də Departament üçüncü tərəf proqram təminatçısı ''BeyondTrust'' öyrənib ki, hakerlər Maliyyə Nazirliyi ofislərinin son istifadəçilərinə uzaqdan texniki dəstək göstərmək üçün istifadə edilən ''bulud'' xidmətinə giriş əldə ediblər.
Beləliklə hakerlərin bəzi iş stansiyalarına uzaqdan giriş əldə etdikləri və bəzi sənədlərə daxil olduqları bildirilib.
Sözügedən hadisənin Çin dövlətinin dəstəklədiyi aktyor tərəfindən həyata keçirildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə