Çin lideri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putin bir-birini Yeni il münasibəti ilə təbrik ediblər. SİA xəbər verir ki, Si Szinpin Putinə təbrikində Çinin Rusiya ilə əməkdaşlığının üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib. O iki ölkə arasında qarşılıqlı etimad və strateji koordinasiya məsələlərinin artıq daha yüksək səviyyəyə çıxdığını söyləyib.
Qeyd edək ki, Çinlə Rusiya arasında münasibətlər Moskvanın Ukraynada 2022-ci ildə işğalçı müharibəyə başlamasından sonra çox yüksək sürətlə inkişaf etməyə başlayıb. Moskva AB sanksiyaları fonunda karbohidrogen məhsullarının çox hissəsini Çinə yönəltməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB