Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı kürd qruplaşmalarını dərhal öz birləşmələrini dağıtmağa çağırıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fidan həmçinin bildirib ki, Türkiyə terrorla mübarizədə Suriyaya kömək etməyə hazırdır. Bundan əlavə, diplomatın sözlərinə görə, Türkiyənin dövlət idarələri və özəl sektoru Suriyanın yenidən qurulmasında iştirak etməyə eləcə də ölkənin yeni hakimiyyət orqanlarına dövlət institutlarının bərpasına kömək etməyə hazırdır.
Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Hələb və Dəməşq də daxil olduğu 5 şəhəri Türkiyədə əyalətlərə çevirmək planlarını açıqlamışdı. Ərdoğan Antep, Hatay və Urfa ilə birlikdə Hələb, İdlib, Dəməşq və Rakkanın Türkiyə əyalətləri elan ediləcəyinə aydınlıq gətirib.
Prezident Birinci Dünya Müharibəsinin nəticələrini nəzərdən keçirmək niyyətində olduğunu vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə