Duma Mərkəzi Bankın rəhbəri Nabiullinaya hücum edib...

Rus deputat Sergey Mironovəsas dərəcəsini aşağı salmağı tələb edir...

Rusiya Federasiyası Dövlət Dumasının fraksiyalarından birinin lideri Sergey Mironov brifinq toplayıb və Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanı əsas uçot dərəcəsini artırmaqda ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçi bunu “təxribat” adlandıraraq, belə hərəkətlərin ölkə iqtisadiyyatını məhv etdiyini və durğunluğa səbəb olduğunu bildirib.

Mironov çıxışında Nabiullinanı onun hərəkətlərinin əslində “Beynəlxalq Valyuta Fondunun fərmanlarının icrası” olmasında ittiham edib.

...Ötən ilin iyul ayından siz uçot dərəcəsini artırmağa başladınız. İnflyasiya nə qədər artıb? İki dəfə. Ay, Nabiullina xanım, adekvatsınız, yoxsa yox? Hansı cəfəngiyyatdan danışırsan?

Bunu deyən deputatın fikrincə, belə siyasət ÜDM-in artım və ölkənin “iqtisadiyyatını məhv edir”.

Qeyd edək ki, Ukrayna ilə müharibənin başlamasından və Qərbin sanksiyalarının tətbiqindən sonra əsas faiz dərəcəsi 2022-ci ilin martında 9 faizdən 21 faizə yüksəlib.

...Və dekabrın 20-də Mərkəzi Bankın iclasının keçirilməsi nəzərdə tutulub, orada uçot dərəcəsi 23 faizə qaldırıla bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə