Zelenskinin ofisində Orbanı “Putinin zəhlətökən elçisi” adlandırıblar

Vladimir Zelenskinin müşaviri Dmitri Litvin Macarıstanın baş naziri Viktor Orbanın Milad bayramı ilə bağlı mümkün barışıq təklifini tənqid edib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Bundan əvvəl Orban Rusiya prezidenti Vladimir Putinlə beynəlxalq gündəmdə olan bir sıra məsələləri müzakirə edib. Xüsusilə, Milad atəşi, əsirlərin mübadiləsi və gələcəkdə Avropada "uzunmüddətli və davamlı" sülhün bərqərar olması mövzularını qaldırıb.

Bunun fonunda Zelenski Orbanın Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməsinə imkan verməyəcəyini bildirib.

...Əgər Putindən belə zəhlətökən bir elçi artıq peyda olubsa, onda biz onun ultimatumuna bir şeylə cavab verə bilərik - bizə Ukrayna üçün real, etibarlı sülh, ədalət lazımdır. Sülh işində iştirak edənlərin heç birinə Putinin elçilərinə ehtiyacı yoxdur.

Bunu Litvin vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə