Vladimir Zelenski qeyd edib ki, Kiyev müəyyən güzəştlərə razıdır. Eyni zamanda, o vurğulayıb ki, Ukrayna formal da olsa, 1991-ci il sərhədləri daxilində alyansa dəvət edilməlidir. SİA-nın məlumatına görə, bu barədə TASS mənbəyə istinadən yazır.
Ukrayna lideri qeyd edib ki, münaqişəyə son qoymaq üçün Kiyevə alyansa dəvət, ölkənin “bütün ərazisi üçün dəvət” lazımdır.
Zelenski qeyd edib ki, Ukrayna Konstitusiyasında ərazi bütövlüyü təsbit edildiyi üçün gələcək sazişin bu aspekti müzakirə olunmur.
Eyni zamanda, siyasətçi aydınlaşdırıb ki, blokun hərəkətləri və xarici təcavüz zamanı tətbiq edəcəyi tədbirlərlə bağlı danışıqlar aparıla bilər.
Üzvlük hələlik Kiyevin nəzarətində olan ərazilərə şamil ediləcək, “gələcəkdə bunu respublikanın bütün ərazisinə genişləndirmək anlayışı ilə..”-deyə Zelenski yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə