Fransa İsraili Suriyanın bütövlüyünə hörmət etməyə çağırır

Fransa Xarici İşlər Nazirliyi İsraildən Qolan təpələrini tərk etməyi tələb edib. Bundan əlavə, diplomatlar Suriyanın ərazi bütövlüyünə hörmət etməyə çağırıblar,

SİA xəbər verir ki, RİA Novosti departamentin mətbuat xidmətinə istinadən yazır.

Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qolan təpələrinin əbədi olaraq İsrailin nəzarəti altında qalacağını bildirib.

...Fransa təhlükəsizliyi qorunmalı olan Qolanda BMT-nin Müşahidəçi Qüvvəsinə tam dəstəyini bir daha bəyan edir. Fransa İsraili bu bölgədən çıxmağa, həmçinin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır.

XİN-dən bildirilib.

Diplomatlar xatırladıblar ki, BMT sənədlərinə əsasən, iki Yaxın Şərq ölkəsi arasında ayırma zonasında hər hansı hərbi yerləşdirmə 1974-cü ildə imzalanmış döyüşlərin ayrılması haqqında sazişin pozulması deməkdir və bu sazişi imzalayanlar, İsrail və Suriya buna əməl etməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə