Oktyabrda baş vermiş daşqınlar İspaniyada 4-cü rübdə ümumi daxili məhsulun (ÜDM) 0,2 faiz azalmasına səbəb ola bilər. SİA xəbər verir ki, bunu İspaniya Mərkəzi Bankının sədri Xose Luis Eskriva bildirib.
Eskriva, həmçinin qeyd edib ki, təbii fəlakət inflyasiyanın da 0,15 faiz artması ilə nəticələnə bilər.
Qeyd edək ki, oktyabrda İspaniyanın şərqində baş vermiş dağıdıcı daşqınlar nəticəsində 217 nəfər həlak olub, 90-dək şəxs itkin düşmüş sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə