İki lider axşam rəsmi yeməkdə bir araya gələcək

Qətər Əmiri Ankarada Türkiyə prezidenti tərəfindən rəsmi mərasimlə qarşılanacaq

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani bu gün Ankaraya gəlir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Al Sanini mərasimlə qarşılayacaq. Daha sonra ikitərəfli görüş keçirəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, Prezident R.T.Ərdoğan və Al Sani Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 10-cu iclasında iştirak edəcəklər. Toplantıdan sonra əməkdaşlıq müqavilələrinin imzalanması üçün mərasim təşkil olunacaq. İki lider axşam rəsmi yeməkdə bir araya gələcək.

Səfər çərçivəsində iki ölkə arasındakı ticarət əlaqələrinin ətraflı şəkildə müzakirə olunması gözlənilir.

Qətər Əmirinin səfəri İsrail, “Həmas” və Qəzza cəbhəsində baş verənlərin qiymətləndirilməsi çərçivəsində də əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə