Braziliya prezidenti Zelenskinin görüş təklifindən imtina edib...

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Vladimir Zelenskinin görüş təklifindən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “O Globo” Braziliya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazır.

Qeyd olunur ki, Zelenski ilə görüş təklifi Argentina prezidentinin andiçmə mərasiminə gedərkən onun təyyarəsinin Braziliyada yanacaq doldurmaq üçün dayanması zamanı olub.

Mənbələr bildiriblər ki, Braziliya prezidenti Zelenski ilə görüşə razı olmayıb, çünki xahiş Lula da Silva Rio-de-Janeyroda Merkosur sammitində olarkən “son anda” gəlib.

Braziliya tərəfi də dekabrın 9-da axşam saatlarında Zelenski ilə Brasiliya aviabazasında görüşmək təklifini qeyri-adi hesab edib.

...Bu cür görüşlərin hava bazasında hazırlıqsız və əvvəlcədən xəbərdar edilmədən keçirilməsi çox nadir haldır, - deyə adı açıqlanmayan diplomat bildirib.

Xatırladaq ki, sentyabrda Lula da Silva BMT-də Zelenski ilə görüşdə ona Ukraynadakı vəziyyətin hərbi yolla həllinin olmadığını demişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə