Rusiya və Səudiyyə Ərəbistan yeni əməkdaşlığa başlayır?

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman ilə telefon danışığı aparıb. SİA xarici mətbuata istinadn xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyindən məlumat verilib. Belə ki, verilən açıqlamada qeyd olunub: "Tərəflər qlobal neft bazarının sabitliyini təmin etmək məqsədi daşıyan OPEC Plus-da koordinasiya səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Səudiyyə Ərəbistanı ilə BRİKS arasında əməkdaşlığın perspektivləri də qiymətləndirilib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə