Sudanda 24 saatlıq atəşkəs elan olunub

Şərqi Afrika ölkəsi Sudanda ordu birlikləri ilə Çevik Dəstək Qüvvələri (RSF) yarımhərbi qruplaşması arasında baş verən qarşıdurma dördüncü gününə daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əl-Cəzirə elan edib ki, şənbə günü səhərdən etibarən döyüşən tərəflər 24 saatlıq atəşkəs razılaşmasına nail olublar.
Paytaxt Xartumda atışma dayansa da, ölkənin mərkəzi hissəsindəki şəhərlərdə qarşıdurmalar dayanmayıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə