İzmir Bolqarıstan seçkilərinə damğa vuracaq

Bolqarıstanda üzvlərinin əksəriyyəti türklərdən ibarət olan Haqq və Azadlıqlar Hərəkatı (HÖH) seçki kampaniyasına başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə 162 seçki qutusunda 400 min, İzmirdə isə 18 seçki qutusunda 50 min ikili vətəndaş səs verəcək.

İzmir Balkan Mühacirləri Mədəniyyət və Həmrəylik Dərnəyinin (BAL-Miqrasiya) prezidenti olan Abdurrahim Nursoy seçicilərə səslənərək, “Gələcəyimiz üçün başqalarının qərar verməsinə imkan verməyək. Bolqarıstan türklərinin yaratdığı Haqq və Azadlıq Hərəkatına dəstək olaq” deyib.

İzmir BAL-Miqrasiya Başçısı Nursoy bildirib ki, məqsədlərinin Haqq və Azadlıq Hərəkatının hazırkı 36 millət vəkilini 40 və ya daha çoxa çatdırmaqdır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə