Rusiyalı turistlərin yayda hara gedəcəkləri məlum olub

…Türkiyə 2025-ci ildə ruslar üçün ən populyar xarici ölkə olaraq qalacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Səyahət Sənayesi İttifaqının birinci vitse-prezidenti Yuri Barzıkin deyib.

Onun sözlərinə görə, Türkiyə ruslar üçün xarici istiqamətlər arasında birinci yerdədir.

Cari yay sifarişlərində liderdir. Qışda Misir, Tailand və BƏƏ ən yüksək yerləri tutur.

...Türkiyə ilk beşlikdə olsa da, hazırda dənizdə üzmək mümkün deyil - yalnız mədəni turlar, hovuzlar və müxtəlif tədbirlər mövcuddur, ona görə də maraq xeyli azalıb.

Bununla belə, 2024-cü ilin sonuna qədər o, yenə də birinci olacaq.

Yuri Barzıkin bildirib bunu.

Bu il Türkiyəyə turların qiymətlərinin 10 faizdən çox artmayacağını proqnozlaşdırırlar. Ekspertin fikrincə, məzənnədən çox şey asılı olacaq.

...Ancaq bu cür dəyişikliklər rusları Türkiyəni seçməkdən çəkindirməyəcək. Çox güman ki, populyarlığını qoruyacaq. Vitse-prezident vurğulayır ki, rusiyalı turistlərin seçimlərində əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik gözləmək olmaz. Bundan əvvəl Türkiyəyə 6,7 milyon rusiyalının səfər etdiyi yazılmışdı.

2025-ci ildə Türkiyə, Misir və Taylandda tətillər bahalaşacaq..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə