...Ford şirkəti bir neçə ildir ki, Çin avtomobil istehsalçılarının sürətli irəliləyişinə cavab olaraq gizli şəkildə təxminən 30.000 dollar dəyərində yeni elektrik pikapı hazırlayır.
Layihəyə maksimum sərbəstliyə malik eksperimental komanda rəhbərlik edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Entrepreneur yazır.
...İnkişaf prosesinə Model S-in yaradılmasında iştirak edən keçmiş Tesla mühəndisi Alan Klark rəhbərlik edir. Komandaya həmçinin daxildə “kənar və üsyankar” adlandırılan keçmiş Tesla, Apple və Ford mühəndisləri də daxildir.
Yeni pikapın 2027-ci ildə bazara çıxarılması planlaşdırılır. Nəqliyyat vasitəsinin təxminən 300 mil (480 km) məsafə qət etməsi və Ford Mustang ilə müqayisə edilə bilən performans göstərməsi gözlənilir.
İstehsal xərclərini azaltmaq üçün komanda Fordun ənənəvi yanaşmalarını tamamilə yenidən nəzərdən keçirir. Mühəndislər klassik kuzov strukturunun bəzi hissələrindən imtina ediblər, mis naqilləri azaldıblar və ənənəvi montaj xəttini modul montaj sistemi ilə əvəz ediblər.
Ford-un baş direktoru Cim Farli artıq layihəni “Model T anı” adlandıraraq şirkət üçün potensial inqilaba işarə edib.
Ford üçün risklər olduqca yüksəkdir. Əvvəlki elektrik F-150-nin qiyməti 77.000 dollara qədər idi və şirkətə milyardlarla itkiyə səbəb oldu.
Çin istehsalçılarının aqressiv genişlənməsi fonunda Ford, Silikon Vadisi texnologiyası və Detroyt təcrübəsinin birləşməsi kütləvi bazar, eləcə də gəlirli elektrik avtomobili yaratmağa kömək edəcəyinə ümid edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB