Lamborghini bir sıra yolsuzluq avtomobilləri hazırlayır...

Huracan Sterrato-nun uğurundan sonra...

Lamborghini Huracan Sterrato SUV kupesi və trasa yönəlmiş Huracan STO-nun uğurundan sonra eksklüziv və fərdi modellər yaratmaq layihəsini genişləndirmək qərarına gəlib.

SİA xəbər verir ki, brendin satış və marketinq direktoru Federiko Fosclini-nin qeyd etdiyi kimi, İtaliya şirkəti qeyri-adi həlləri ilə müştərilərini təəccübləndirmək istəyir.

Top menecerin sözlərinə görə, bazar xüsusi modifikasiyalar ideyasına müsbət cavab verib.

Konkret olaraq, Huracan Sterrato-nun yenilənmiş versiyası, həmçinin Urus krossoveri və flaqman Revuelto hibrid superkarı əsasında məhdud buraxılışlar nəzərdən keçirilir. Şirkət həmçinin fərdi sifarişlərə diqqət yetirərək fərdiləşdirmə paketlərini genişləndirəcək.

Məsələn, Revuelto və Huracan-ın gələcək varisi üçün 400 xarici rəng variantı təklif ediləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə