Nissan özünü xilas etmək üçün xaricdən “borc alacaq”

... 5 milyard dollardan çox

...Nissan Motor fond bazarı vasitəsilə böyük həcmdə xarici maliyyə vəsaiti cəlb edəcək.

Şirkət ümumilikdə 860 milyard yen (5,8 milyard ABŞ dolları) dəyərində iki seriyalı istiqraz buraxacaq.

SİA-nın məlumatına görə, bu vəsait biznesin restrukturizasiyasına, yeni avtomobil modellərinin hazırlanmasına və bazara çıxarılmasına sərf olunacaq.

Şirkət ABŞ dolları, avro və yen ilə birbaşa və konvertasiya edilə bilən istiqrazlar buraxacaq.

İstiqraz borc qiymətlidir, istiqraz üzrə götürülmüş vəsaitlər qiymətli kağızı buraxan şirkət tərəfindən faizlə geri qaytarılır. Nissan öz istiqrazlarını dörd ildən on ilədək müddətə buraxacaq.

Xatırladaq ki, 2024-cü maliyyə ilinin nəticələrinə əsasən, Nissan öz əməliyyatlarından 4,5 milyard ABŞ dolları məbləğində xalis zərərlə üzləşib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə