...Yeni 2026 Nissan Sentra yapon istehsalçısının qlobal bazarda ən ucuz sedanı olacaq. Növbəti nəsil avtomobil Skoda Octavia və Toyota Corolla modelləri ilə rəqabət aparacaq.
SİA-nın əldə etdiyi məlumata görə, avtomobilin yeni formada ilkin versiyası Digimods DESIGN kanalında nümayiş etdirilib.
Əlverişli kompakt modellərə tələbat yenidən yüksəkdir, ona görə də yeni Sentra çox gözləniləndir.
Əvvəllər 2025-ci ildən sonra Nissan sedanlarının kütləvi seqmentlər üçün nəzərdə tutulmadığı bildirilsə də…
Bütün bunlar ənənəvi modellərin bazar payını yeyən krossoverlər və elektrik avtomobilləri ilə bağlıdır.
2026 Nissan Sentra prototipləri sınaq zamanı hər kəsi təəccübləndirdi.
Avtomobillər artıq ABŞ yollarındadır. Dizayn, əlbəttə ki, müasir və daha təsirli olacaq. Yeni modellər Nissan da daxil olmaqla istənilən istehsalçıya lazımdır.
Təəccüblüdür ki, şirkət özü üçün çətin vəziyyətdə sedana mərc etmək qərarına gəlib. Belə görünürdü ki, başqa bir krossover daha sərfəli həll olardı.
Digər tərəfdən, şirkət belə avtomobillərdən də imtina etmir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə