Honda Fit-də kiçik dəyişikliklər edir...

Honda Motor Yaponiya bazarı üçün Fit Crosstar kompakt furqonunda kiçik dəyişikliklər edib.

İndi modelin "bütün ərazi" versiyası gümüşə boyanmış qapı tutacaqları və yan güzgü korpusları ilə təchiz edilmişdir. SİA-nın məlumatına görə, əvvəllər bunlar qara idilər.

Daxili rəng sxemi də dəyişib: ön paneldəki dekorativ əlavələr tünd göy rəngə çevrilib (boz idi).

Seabed Blue Pearl (tünd göy metal) indi ilk dəfə bütün Fit bəzək səviyyələrində mövcuddur.

Crosstar üçün yeni bir kölgə, Botanical Green Pearl (dumanlı yaşıl metal) mövcuddur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə