...Çin şirkəti təhlükəli infeksiyalar daşıyan ağcaqanadları öldürmək üçün aşağı güclü lazer yaradıb.
SİA-nın məlumatına görə, bu barədə ITC yazır. Tərtibatçıların fikrincə, onların yaratdığı lazer silahı saniyədə 30-a qədər həşərat öldürmək gücündədir.
Cihaz Photon Matrix adlanır və ağcaqanadlardan müdafiə sisteminin ilk prototipini təmsil edir.
Bu sistem yüksək dəqiqlikli LiDAR texnologiyasından istifadə edərək ağcaqanadları müəyyən edir və zərərsizləşdirir.
Cihaz hazırda Indieqoqo kraudfundinq platformasında siyahıdadır. İlk investorlardan biri, Çançjoudan olan Cim Bonq-un sözlərinə görə, lazer silahı insanlar və ev heyvanları üçün heç bir təhlükə yaratmır və həm qapalı, həm də açıq havada istifadə üçün təhlükəsizdir.
...Ağcaqanadlar bütün dünyada milyonlarla müxtəlif xəstəliklərin, o cümlədən malyariya, dang qızdırması, ensefalit və digərlərinin yayılmasından məsuldur.
Ona görə də təhlükəli həşəratlara qarşı lazer silahlarının yaradılması çox perspektivli görünür.
Indieqoqo saytına görə, Photon Matrix-in əsas versiyası suya davamlıdır və quraşdırmaq asandır.
Cihaz adi akkumulyator və ya portativ doldurma stansiyası ilə təchiz oluna bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə