2025-ci ilin ən yaxşı kamerasına malik smartfonların adı açıqlanıb...
Məşhur DxOMark laboratoriyasının mütəxəssisləri reytinqdə güc balansına təsir edən smartfon kameralarının sınaqdan keçirilməsi metodologiyasına yenidən baxıblar.
Bəzi modellər yenidən sınaqdan keçirilib və nəticədə yeni lider seçilib.
SİA-nın məlumatına görə, yenilənmiş reytinqdə birinci yeri 169 bal toplayan Oppo Find X8 Ultra tutub.
İstər açıq havada, istərsə də qapalı məkanda hər cür çəkiliş və işıqlandırma şəraiti üçün uyğundur. Telefonun əsas kamerası dörd moduldan ibarətdir, hamısında 50 meqapiksellik sensorlar var.
İkinci yerdə əvvəllər reytinqə başçılıq edən 163 balla Huawei Pura 70 Ultra smartfonu qərarlaşıb.
İlk üçlüyü 161 xalla iPhone 16 Pro Max tamamlayır.
Onun kamerası artıq bazarda ən yaxşılardan biri sayılan 15 Pro Max ilə müqayisədə daha da yaxşılaşıb.
Mütəxəssislər həmçinin bazarda ən yaxşı kameralara malik cihaz axtarırsınızsa, Google Pixel 9 Pro XL, Xiaomi 15 Ultra, Honor Magic 6 Pro, iPhone 16 Pro, Huawei Mate 60 Pro+ və Oppo Find X8 Pro-ya yaxından nəzər salmağı tövsiyə edirlər. Bu arada, Samsung cihazları elitaya daxil ola bilmədi.
151 balla Galaxy S25 Ultra reytinqdə yalnız 17-ci yerdə qərarlaşıb. Beləliklə, telefon əvvəlki nəsil flaqman Pixel 8 Pro və iPhone 15 Pro Max ilə müqayisədə daha pis fotolar çəkir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə