ASC “Kama” şirkəti Şimal qütbü şəraitində “Atom” elektromobilinin sınaqdan keçirilməsi missiyasını uğurla başa vurduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Kama” elektromobillərin yaradıcısıdır.
İyunun sonunda “Atom”un istehsaldan əvvəlki prototipi “50 let Pobedı” buzqıran gəmisində Arktikaya göndərilib
...Səyahət zamanı o, bütün 10 günü soyuq, duzlu dəniz küləklərində göyərtədə keçirdi və etibarlılığını sübut etdi. Yüksək gərginlikli sistem nasazlıq olmadan işlədi və akkumulyator tutumunu saxladı. Bundan əlavə, ekspedisiya günlərinin birində “Atom” buzun üstünə enmək və sürüşmə qabiliyyətini nümayiş etdirmək imkanı qazandı.
Bu, ASC “Kama” şirkətinin bəyanatında deyilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə