Səs köməkçisi Daphne-AT kosmosa göndəriləcək

...Səs köməkçisi Daphne-AT kosmosa göndəriləcək... Astronavtlar Marsa səyahət edərkən, Yerlə əlaqə günlərlə, hətta həftələrlə kəsilə bilər. Belə vəziyyətlərdə onlara Texas A&M Universitetinin alimləri tərəfindən hazırlanmış virtual köməkçi Daphne-AT kömək edə bilər.

SİA-nın məlumatına görə, Daphne-AT real vaxt rejimində kosmik gəminin bort sistemlərindən alınan məlumatları təhlil edərək, oksigen, karbon qazının səviyyəsini və digər parametrləri izləyir.

Bir şey normadan kənara çıxarsa, sistem ekipajı xəbərdar edir və problemin həlli yollarını təklif edir.

Tədqiqatçılar eksperimentlər aparıblar: birincisi, tələbələr virtual reallıqda tipik problemləri həll ediblər - Daphne-AT ilə və olmadan.

Virtual köməkçi ilə iştirakçılar tapşırığı daha tez və daha az stresslə yerinə yetirdilər.

Daha sonra NASA tərəfindən mühəndislərin və pilotların iştirakı ilə real şəraitdə sınaqlar keçirildi, lakin nəticələrdəki fərq əhəmiyyətsiz idi - yəqin ki, iştirakçıların hazırlıq səviyyələrindəki fərqə görə.

Layihə müəlliflərinin fikrincə, belə sistemlər təkcə kosmosda deyil, həm də Yer kürəsində - məsələn, yanğınsöndürənlər və xilasedicilər üçün faydalı ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə