Yüksək IQ-ya (...kəşfiyyat əmsalı-A.B.) malik insanlar daha dəqiq proqnozlar verir və daha yaxşı qərarlar qəbul edirlər. Bat Universitetinin İdarəetmə Məktəbinin alimləri belə nəticəyə gəliblər.
SİA-nın məlumatına görə, bununla bağlı yazı Journal of Personality and Social Psychology (JPSP) jurnalında dərc olunub.
İşin bir hissəsi olaraq, tədqiqatçılar İngiltərədə yaşlı insanlar arasında keçirilən milli sorğunun (ELSA yaşlanma araşdırması) məlumatlarını təhlil ediblər.
İştirakçılardan müəyyən yaşa qədər yaşamaq ehtimalını hesablamaları istənilib. Daha sonra onların proqnozları Böyük Britaniya Milli Statistika İdarəsinin gözlənilən ömür uzunluğuna dair statistik təxminləri ilə müqayisə edilib. Sağlamlıq, həyat tərzi və hətta uzunömürlülük üçün genetik meyl kimi faktorlar nəzərə alınıb.
Məlum olub ki, ən aşağı IQ-ya malik insanlar (aşağıdakı 2,5 faiz) intellektin ən yüksək 2,5 faizə daxil olan insanlardan iki dəfə çox proqnoz səhvləri edirlər.
Bundan əlavə, yüksək intellektli iştirakçılar qiymətləndirmələrində daha çox dəqiqlik və sabitlik nümayiş etdirdilər.
İqtisadiyyat və davranış elmləri professoru Kris Dauson, "Demək olar ki, verdiyimiz hər bir qərar, biznesə başlamaq, sərmayə qoymaq, küçəni keçmək və ya tərəfdaş seçməkdən asılı olmayaraq, ehtimalların qiymətləndirilməsini əhatə edir" deyə bildirib.
…Yüksək IQ-ya malik insanlar baş verə biləcəkləri qiymətləndirməkdə daha yaxşı olur və bu, onlara əhəmiyyətli bir üstünlük verir.
Tədqiqat həmçinin zəka və təhsil nailiyyətləri ilə dəqiq proqnozlar vermək bacarığı ilə əlaqəli genetik markerlər arasında əlaqə tapıb. Bu, idrak qabiliyyətinin səviyyəsinin insanın həyatda qəbul etdiyi qərarların keyfiyyətinə birbaşa təsir edə biləcəyini təsdiqləyir.
…Gələcəklə bağlı yanlış təsəvvürlər pis maliyyə qərarlarına, təqaüdə çıxma vaxtı və ya yığım səhvlərinə səbəb ola bilər. Və milli miqyasda bu, iqtisadi artımın yavaşlaması deməkdir.
Bunu da professor Dauson vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə