... SİA-nın məlumatına görə, Avtostat Jato tədqiqat şirkətinə istinadən xəbər verir ki, ardıcıl ikinci aydır Avropada ən çox satılan avtomobil fransız hetçbek Renault Clio olub.
2025-ci ilin may ayında Avropa İttifaqında 21 163 belə avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.
May ayında Avropada ən çox satılan 10 avtomobil aşağıdakı kimidir:
-Renault Clio (21 163 ədəd; +12 faiz);
-Dacia Sandero (19 948 ədəd; +3 faiz);
-Volkswagen T-Roc (18 420 ədəd; -10 faiz);
-Peugeot 208 (16 485 ədəd; +6 faiz);
-Volkswagen Golf (15 987 ədəd; -18 faiz);
-Peugeot 2008 (15 712 ədəd; -2 faiz);
-Volkswagen Tiguan (15 313 ədəd; +16 faiz);
-Dacia Duster (15 215 ədəd; +13 faiz);
-Toyota Yaris Cross (15 178 ədəd; +8 faiz);
-Citroen C3 (14 510 ədəd; -8 faiz).
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə