Avropanın “Ariane 64” raketi ilin sonuna qədər buraxılacaq..?

…İlk “Ariane 64” raketinin 2025-ci ilin sonuna qədər buraxılması planlaşdırılır. Bu vədi Arianespace-in baş direktoru David Cavailloles verib.

SİA xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.

…Bütün komandalar Kurouda və təchizat zəncirinin hər yerində bunun baş verməsi üçün mümkün olan hər şeyi edirlər.

Bunu menecer deyib.

Nəşr qeyd edir ki, sənaye mənbələrinə əsasən, “Ariane 64”-ün buraxılışı 2026-cı ilə təxirə salına bilər.

2024-cü ilin iyulunda Avropa Kosmik Agentliyinin baş direktoru Yozef Aşbaxer demişdi ki, “Ariane 6” raketinin uğurlu ilk buraxılışı “buraxılış böhranı”nın sonunu göstərəcək.

Avropanın “Ariane 6” raketinin iki variantı var: orta ağırlıqlı “Ariane 62” və ağır “Ariane 642.

Daşıyıcılar P120C bərk yanacaq yan gücləndiricilərinin sayı ilə fərqlənirlər.

“Ariane 62”-də bunlardan ikisi, “Ariane 64”-də dördü var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə