Süni intellekt onlayn müzakirələrə girir...

İnsan inanclarının xəritəsini yaratmaq üçün..?

...İndiana Universitetinin tədqiqatçıları onlayn debatları təhlil etmək və insan inanclarının çoxölçülü xəritəsini yaratmaq üçün ilk dəfə böyük dil modellərindən (LLM) istifadə ediblər.

SİA-nın məlumatına görə, bununla bağlı materiaıl Nature Human Behaviour jurnalında dərc olunub.

Elm adamları ilk dəfə olaraq onlayn müzakirələri təhlil edərək insan inanclarının ətraflı xəritəsini yaratmaq üçün ChatGPT-ni dəstəkləyən böyük dil modellərindən (LLM) istifadə ediblər. Tədqiqatçılar insanların fikirləri, onların qütbləşməyə meyli və koqnitiv dissonansın təzahürləri arasında mürəkkəb münasibətləri müəyyən etməyə imkan verən metod təklif ediblər.

Alimlər süni intellektin köməyi ilə bir çox fərqli inancları oxşar baxışların mənaca yaxın, əks olanların isə bir-birindən əhəmiyyətli məsafədə olduğu vahid çoxölçülü məkanda yerləşdirə biliblər.

Bu yanaşma bizə inanclar arasındakı oxşarlıq və ya fərqlilik dərəcəsini kəmiyyətcə qiymətləndirməyə deyil, həm də insanların yeni məlumatları necə dəqiq qəbul etdiyini və ya rədd etdiyini müəyyən etməyə imkan verdi.

Tədqiqat “nisbi dissonans” fenomeninə xüsusi diqqət yetirir: istifadəçi yeni baxışlarla qarşılaşdıqda, o, ən az daxili narahatlığa səbəb olanları və onun hazırkı inancına daha yaxın olanları seçməyə meyllidir.

Əgər iki alternativ nöqteyi-nəzər onun mövqeyindən eyni dərəcədə uzaqdırsa, onlardan hər hansı birinin seçilmə ehtimalı təxminən bərabər olur.

Ancaq mövqelərdən biri daha yaxındırsa, insan demək olar ki, həmişə ona tərəf əyilir. Bu təsdiq edir ki, qərar qəbul etmək yalnız başqasının fikrinin öz fikrindən mütləq uzaqlığı ilə deyil, həm də mövcud variantlar arasındakı nisbi fərqlə müəyyən edilir.

Tədqiqat eyni məlumatın nə üçün müxtəlif insanlar tərəfindən qəbul və ya rədd edildiyini izah etməklə yanaşı, həm də mürəkkəb sosial proseslərin təhlili üçün yeni imkanlar açır. Nəticələr mesajları hədəf auditoriyaya daha effektiv şəkildə uyğunlaşdırmaq və sağlamlıq, ətraf mühit və digər sahələrdə davranışı dəyişdirmək üçün siyasət və kampaniyalar hazırlamaq üçün istifadə edilə bilər.

Gələcəkdə, tədqiqatçılar münasibətlərin rəqəmsal mühitdə necə formalaşdığını və qarşılıqlı təsirini daha dərindən başa düşmək üçün daha müxtəlif sosial media məlumatlarından istifadə edərək öz inanc xəritəsini genişləndirməyi planlaşdırırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə