Alimlər uzaq keçmişdən gələn kosmik radio siqnalını tutublar...

Bu, ilk ulduzların kütləsini təyin etməyə kömək edəcək...

...Kembric Universitetinin alimləri kəşf ediblər ki, radio siqnalları Böyük Partlayışdan qısa müddət sonra peyda olan ilk ulduzların kütləsini müəyyən etmək üçün istifadə edilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Nature Astronomy” jurnalında yazılıb.

Söhbət 21 santimetrlik siqnal deyilən - 13 milyard ildən çox əvvəl yaranan hidrogen atomlarından zəif radio emissiyasından gedir.

Bu siqnal ilk ulduzların və qara dəliklərin ətrafdakı kosmosa necə təsir etdiyinin izlərini daşıyır.

Astronomlar deyirlər ki, bu şüalanmanın təhlili Kainatda ilk “sübh”ün – ilk ulduzların işığının necə meydana gəldiyini və qaranlığın işıqla necə əvəz olunduğunu anlamağa kömək edəcək.

Araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin Astronomiya İnstitutundan professor Anastasiya Fialkov “Bu, Kainatda ilk işığın necə meydana gəldiyini izləmək üçün unikal imkandır”-deyib.

Tədqiqatçılar ilk ulduzların - Population III ulduzlarının kütləsinin 21 santimetrlik siqnalın formasına və gücünə necə təsir etdiyini göstərən model hazırlayıblar.

Uzaq qalaktikaların şəkillərini çəkən “James Webb” kimi müasir teleskoplardan fərqli olaraq, radioteleskoplar statistikadan istifadə edərək zəif siqnalları təhlil edir.

Onlar ayrı-ayrı ulduzları "görmürlər", lakin bütün ulduz populyasiyaları haqqında məlumat verirlər. Əsərin müəllifləri qeyd ediblər ki, əvvəlki tədqiqatlarda ulduzlardan birinin artıq qara dəliyə və ya neytron ulduzuna çevrildiyi, digərinin isə hələ də çevrilmədiyi ikili ulduz sistemlərinin təsiri lazımi səviyyədə qiymətləndirilib.

Bu sistemlər ətrafdakı hidrogenə və buna görə də 21 sm-lik siqnala təsir edən rentgen şüalarını aktiv şəkildə yayır.

...Radio astronomiya bizə ilk ulduzların kütləsi haqqında məlumat verə bilər.

Bunu həmmüəllif doktor Eloy de Lera Acedo deyib.

...Bu məlumatlar onların bu gün gördüyümüz ulduzlardan nə qədər fərqli olduğunu anlamağa kömək edəcək.

Nəticələr sonrakı müşahidələr üçün əsas təşkil edəcək və uzunmüddətli perspektivdə ilk ulduzların və qalaktikaların əmələ gəlməsinin sirlərini açmağa kömək edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə