2026-cı ildə Rusiyada elektromobillərin istehsalında ixtisaslaşan yeni Çin brendi iCaur peyda olacaq.
SİA xəbər verir ki, bu barədə Chery-nin mətbuat xidməti məlumat yayıb.
Yeni brend iCaur 2026-cı ildə Rusiya bazarına daxil olduğunu elan edib.
Şirkət brendin hədəf auditoriyasını - uğura can atan və texnologiyaya maraq göstərən gəncləri, həmçinin aktiv istirahət və idman həvəskarlarını müəyyən edib.
Chery əlavə edib ki, Rusiya iCaur brendi üçün prioritet bazarların onluğuna daxildir.
iCaur orijinal iCar brendinin rebrendinq edilmiş versiyasıdır. Bu, xarici bazarlarda Apple (iPhone, iPad və s.) kimi digər markalarla qarışıqlığın qarşısını almaq üçün edilib.
Çində iCar brendi qiyməti 110-150 min yuana qədər olan V23 elektrik krossoverləri, iCar 03 və iCar 03T istehsal edir. Gələcəkdə hibrid modellərin buraxılması planlaşdırılır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə