...Volkswagen Polo modelinin 50 illik yubileyi şərəfinə avtomobillərin xüsusi seriyası buraxıldı.
SİA-nın məlumatına görə, bu yubiley modelləri Almaniyada iyulun 12-dən 28 200 avrodan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Fərqləndirici xüsusiyyətlərə B sütununda böyük “50” ad lövhəsi, eləcə də avadanlıqların geniş siyahısı kimi dizayn həlləri daxildir.
Avropada Polo Edition 50 yubiley seriyası üç trim səviyyəsində təqdim olunacaq.
Polo Edition 50 Style modelinə əsaslanır, lakin xüsusi xrom pedallar, qara tavan, təbii asma və qızdırılan idman oturacaqlarına malikdir.
Avadanlığa, həmçinin dəri ilə işlənmiş sükan, arxa görüntü kamerası, Discover Media multimedia sistemi, sürücülük rejiminin seçilməsi sistemi və bir sıra təhlükəsizlik sistemləri və elektron köməkçilər daxildir.
Panoramik lyuk sifariş etmək olar. Alıcılar üç modifikasiyadan birini seçə bilərlər. Birincisi 95 “at” gücünə və mexaniki transmissiyaya malik əsas mühərrikə, ikincisi eyni mühərrikə malikdir, lakin robot sürət qutusuna malikdir, üçüncüsü isə 116 at gücünə malikdir və DSG sürət qutusu...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə